Peyğəmbərlərin arzusu olan İslam İnqilabı İmam Xomeyninin əli ilə həyata keçdi - İraqlı müctəhid
![]() İslaminSesi.info xəbər verir ki, bunu İraqın tanınmış müctəhidlərindən və Kərbəlanın xətiblərindən biri Ayətullah Seyid Yasin Musəvi deyib. Xütbə əsnasında İranda baş verən son hadisələrə toxunan Ayətullah Seyid Yasin Musəvi bəzi dindarların bu hadisələrə görə narahat olmasının yersiz olmadığını bildirib və İran İslam Respublikası üçün dua edib. O deyib: “İran İslam Respublikası məsələsi bir Ruhani administrasiyası və ya Əhmədinejad administrasi, əl-Abadi və əl-Maliki hökuməti kimi bir şey deyil. Bu islami bir rejimdir. Bu administrasiyalar dini məsələlərə aid deyil, gəlib gedəndirlər. Biz indi islami rejimdən, şiə və vilayəti-fəqih rejimindən danışırıq. Bu, azandakı “Əliyyən vəliyullah” şüarını qiyamətə qədər qalmasını təmin edir” Ayətullah Seyid Yasin Musəvi xütbəsinin bir hissəsində bildirib ki, İran İslam Respublikası islam dünyasını və şiə dünyasını hifz edən əsas sistemdir. Oxşar xəbərlər
|