Makron Trampdan İranla əldə olunan razılaşmaya əməl etməsini istədi
Mьəllif: admin1
Tarix: 12-01-2018, 18:55
Bцlmə: Xəbərlər
Makron Trampdan İranla əldə olunan razılaşmaya əməl etməsini istədi
Fransanın prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trump ilə telefon danışığında ondan İran ilə nail olunan razılaşmaya əməl etməsini istəyib.

Deyerler.org Euronews-a istinadən xəbər verir ki, Yelisey sarayından verilən yazılı açıqlamaya görə, hər iki lider İran ilə 2015-ci ildə əldə olunan nüvə müqaviləsi və Şimali Koreya məsələlərini müzakirə ediblər.

Makron telefon danışığında Fransanın müqavilənin tamamilə tətbiq olunmasındakı qətiyyətini vurğulayaraq, müqaviləyə imza atmış tərəflərin götürdüyü öhdəliklərə riayət etməsinin əhəmiyyətini çatdırıb. “Yaxın Şərqdə daimi sabitliyin təmin olunması məqsədilə İran rəhbərliyinin ballistik proqramı və regional siyasətinin üzərində möhkəm bir dialoqun qurulması üçün, nail olunan razılaşmanın doğru bir şəkildə qüvvəyə minməsi lazımdır”, - deyə Makron bildirib.
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031