Myanmada bir ay ərzində minlərlə arakanlı müsəlman öldürülüb
Müəllif: Admin
Tarix: 14-12-2017, 23:06
Bölmə: Xəbərlər
Myanmada bir ay ərzində minlərlə arakanlı müsəlman öldürülüb
"Sərhədsiz həkimlər" (MSF) beynəlxalq humanitar təşkilatı Myanmada avqust ayında başlayan şiddət hadisələrində bir ay ərzində 6700 arakanlının öldürüldüyünü açıqlayıb.

Maide.Az “BBC”-ə istinadən xəbər veri rki, MSF-nin Banqladeşə qaçan arakanlılarla görüşərək apardığı araşdırmaya əsaslandırdığı faktlar bu günə qədər açıqlanan rəsmi ölüm göstəricilərindən olduqca çoxdur. Rəsmi açıqlamalara görə, hadisələrdə 400 nəfər həyatını itirmişdi.

"Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatı bu göstəricilərin Myanmanın geniş miqyasdakı şiddətinin bu günə qədərki ən açıq göstəricisi olduğunu bildirib.

Ölənlər arasında yüzlərlə uşaq var.

Təşkilat avqust ayında başlayan hadisələrdən sonra 647 min arakanlının Banqladeşə qaçdığını bildirib.

MSF-yə görə, 25 avqust və 24 sentyabr tarixləri arasında Myanmada ən azı 9000 arakanlı həyatını itirib. Təşkilat "Ən ehtiyatlı proqnozlara görə, bu ölümlərdən ən azı 6700-ünün zorakılıq nəticəsində baş verdiyini" qeyd edir. Ölənlərdən ən az 730-unun isə beş yaş altındakı uşaqlar olduğunu bildirib.

Myanma ordusu ittihamları qəbul etmir. Myanma ordusu daha əvvəlki çıxışlarında, hadisələrdə təxminən 400 adamın öldüyünü, bu şəxslərin böyük hissəsinin də müsəlman “terrorçular” olduğunu iddia etmişdi.

Məlumatda həmçinin bildirilir ki, Myanma və Banqladeş Banqladeşdəki düşərgələrdə yaşayan yüz minlərlə arakanlı müsəlmanın Myanmaya geri göndərilməsini hədəfləyən müqavilə imzalayıb.

Xatırladaq ki, 2017- cilin avqust ayının 25-dən Myanmada Ruhincia müsəlmanlarına qarşı dövlət səviyyəsində etnik təmizləmə və kütləvi zorakılıq əməliyyatına başlanılıb. Myanma ordusunun Ruhincia müsəlmanlarının yaşadığı Raxin vilayətində törətdiyi amansız cinayətlərdə indiyə qədər 6 mindən çox insan həyatını itirib. 8 min nəfər yaralanıb. Avqustun 25-dən etibarən Myanma ordusunun zülmünə görə 620 mindən çox Rohinca müsəlmanı Banqladeşə qaçıb. 200-dən çox kənd məhv edilib.

Raxin vilayəti 2012-ci ildən bəri Myanma ordusu və ifratçı buddistlərin hücumlarının şahididir.

Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31