Qüdslə bağlı 48 müsəlman dövləti bu gün İstanbulda bir araya gəlir
![]() İslaminSesi.info xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Qüdslə bağlı İstanbulda keçirilən fövqəladə toplantıya 48 dövlətin rəsmi nümayəndəsi qatılacaq. Artıq İran prezidenti, Qətər və Küveyt əmirləri, Fələstin muxtariyyətinin lideri, Azərbaycan Respublikasının prezidenti, Somali prezidenti və sairləri İstanbula çatıblar. Qonaq qismində bu zirvə toplantısına Venezuela prezidenti Nikolas Moduro da qatılacaq. Xatırladaq ki ABŞ prezidenti Donald Tramp ötən həftə qalmaqallı qərarı ilə Qüds şəhərini İsrailin paytaxtı elan etmişdi. Oxşar xəbərlər
|