Netanyahu Brüsseldə etirazla qarşılandı
![]() Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Aİ binasının yaxınlığındakı Şuman meydanında toplaşan qrup, “İsrail rejimini boykot edirik” şüarını səsləndiriblər, “İsrail rejimini ABŞ-ın ştatı edin, Avropanın yox”, “İsrail rejiminin hərbi cinayətlərini istəmirik” yazılmış plakatlar qaldırıblar. Fələstinli qeyri-hökumət təşkilatları (QHT) tərəfindən təşkil olunan aksiyada, Fələstin bayraqlarını qaldıran qrup, Netanyahunun Brüsselə səfərini və ABŞ rəhbərliyinin Qüdsü “İsrail rejiminin paytaxtı” elan edən qərarına etiraz ediblər. Oxşar xəbərlər
|