Ali dini rəhbər güləşçinin hərəkətini təqdir etdi
Mьəllif: admin1
Tarix: 11-12-2017, 22:00
Bцlmə: Xəbərlər
Ali dini rəhbər güləşçinin hərəkətini təqdir etdi
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei sionist İsrail rejiminin təmsilçisinin qarşısına çıxmadan yarışlara vida edən Əlirza Kərimi ilə ailəsini dekabrın 10-da qəbul edib.

Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ailəsilə görüşündə iranlı güləşçinin qürurverici davranışı ilə fədakarlığını təqdir edib.

Əlirza Kəriminin etdiyi hərəkəti təriflərə layiq olduğunu açıqlayan Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, bu idmançının mövqeyini böyük əfsanəvi pəhləvanların şənində olduğunu bildirib: “Gənclərimizdən birinin böyük bir məqsədə çatmaq üçün nəfsini ayaqları altına atıb, qəti çempionluq haqqından imtina etməsinə şahidlik etdiyim üçün səmimi qəlbdən sevinirəm”.

Ali dini rəhbər daha sonra belə deyib: “Etdiyiniz işin dəyərini fərq edərək, Allahdan bu barədə sizə mənəvi bir qiymət verməsini tələb edin, təbii ki, rəsmilərimiz də sizi maddi cəhətdən təqdir etmə məsələsində diqqətsizlik etməməlidir”.

Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031