“Dünya bilməlidir ki, İsrail yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından etiraz
Mьəllif: admin1
Tarix: 11-12-2017, 13:40
Bцlmə: Xəbərlər
“Dünya bilməlidir ki, İsrail yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından etiraz
Beynəlxalq Yəhudi dini hərəkatı “Neturey karto” Nyu-Yorkda - BMT qərargahı önündə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanımaq qərarına qarşı qəti etiraz aksiyası keçirib.

İslamazeri.com moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Anadolu” agentliyi Amerika mediasına istinadla xəbər yayıb.

“Biz ABŞ prezidenti Donald Trampı Yerusəlimlə(yəhudilər Qüdsü belə adlandırırlar-S.L.) bağlı qərarına yenidən baxmağa, yəhudi və fələstinlilərin hüquqlarını qorumağa çağırırıq. İsraili dəstəkləmək - yəhudilərə dəstək demək deyil”,- deyə Beynəlxalq Yəhudi hərəkatının rəhbəri David Feldman öz çıxışında bəyan edib.

Yəhudi aksiya iştirakçıları əllərində gözlənilməz və sərt şüarlar yazılmış plakatlar tutublar: “İudaizm sionizmi və İsrail dövlətini rədd edir!”, “İsrail müqəddəs torpaqları işğal edib!”, “Dünya bilməlidir ki, İsrail - Yəhudi dövləti deyil!”, “Fələstin torpaqları fələstinlilərə qaytarılmalıdır!”...

Xatırladaq ki, 1935-ci ildə Qüdsdə yaradılmış “Neturey Karto”(qədim arami dilində”şəhərin keşikçiləri”) Yəhudi hərəkatı yaranışından bəri sionizmə və İsrail dövlətinə qarşı çıxır. Hərəkat hesab edir ki, sionizm və İsrail dövləti əsl Tövrat qanun və dəyərlərinin əleyhinədir.

Onlar hətta yəhudilərin Hitler tərəfindən məşhur soyqırımı kimi tanınan “Holokst”u da “sionistlərin planlarının tərkib hissəsi və “Allahın yəhudi xalqına cəzası” kimi dəyərləndirirlər.

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930