Tanınmış Əhli-Beyt (ə) alimi Səmavi Ticani İmam Əlinin (ə) hərəmini ziyarət etdi
Mьəllif: admin1
Tarix: 30-11-2017, 21:11
Bцlmə: Xəbərlər
Tanınmış Əhli-Beyt (ə) alimi Səmavi Ticani İmam Əlinin (ə) hərəmini ziyarət etdi
İslam tədqiqatçısı və filosofu Məhəmməd Səmavi Ticani Nəcəfül Əşrəfdə İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edib.

Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, doktor Səmavi Ticani İmam Əlinin (ə) mütəhhər hərəminə ziyarəti çərçivəsində, hərəmin ali idarə orqanı ilə görüşüb. Qonaq İmam Əlinin (ə) hərəmində ziyarətçilərə göstərilən yüksək xidmətlərə görə təşəkkür edib. “Rəsulallahın (s) vəlisi Allahın böyük nemətidir və buranı ziyarət etmək mənim üçün böyük şərəfdir”, - deyə doktor Ticani bildirib.

O bildirib ki, böyük mərcəyi təqlid alim Ayətullah Sistaninin fətvası ilə İraqın terror təşkilatları və ekstremist düşüncəsi təhlükəsindən xilas olub və təhlükəsizlik və sabitliyinə qovuşub.

Qeyd etmək lazımdır ki, Səmavi Ticani Əhli-Beyt (ə) məktəbinə inam gətirəndən sonra on mindən çox insanın hidayət olmasına müvəffəq olmuşdur. O, həmçinin bu məktəbin təbliği üçün bir neçə cild kitab yazıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930