İraqda 75 mindən artıq terrorçu zərərsizləşdirilib
![]() Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının sədri Hakim Əz-Zaməli noyabrın 23-də belə dir açıqlama ilə çıxış edib: “İraqın silahlı qüvvələri və müqavimət qüvvələrinin terrorizmə qarşı birgə apardıqları mübarizədə 70 min terrorçunu öldürdük və 5 min terrorçunu da həbs etdik”. İŞİD terror təşkilatının hərbi baxımdan artıq tamamilə məğlub olmuş bir təşkilat olduğunu və bazalarının tamamilə məhv edildiyini deyən Hakim Əz-Zaməli, sözlərini belə davam edib: “Gizli terror təşkilatlarının ifşa olunması məqsədilə tez bir zamanda İraqın kəşfiyyat idarəsinin nəzərdən keçirilib yeni bir təşkilatlanmaya getməsi qaçılmaz bir zərurətdir”. Oxşar xəbərlər
|