Pakistan Əhli-beyt (ə) davamçıları ayağa qalxdı
Mьəllif: admin1
Tarix: 21-11-2017, 10:19
Bцlmə: Xəbərlər
Pakistan Əhli-beyt (ə) davamçıları ayağa qalxdı
Pakistanda Karaçi sakinləri Müsəlman Birlik Partiyasının baş katibi Nasir Şirazinin qaçırılmasından sonra, Pəncab hökumətinin hadisəyə biganə qaldığı üçün geniş miqyaslı etiraz aksiyası keçirib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, etirazçılar Nasir Şirazi və digər qaçırılan şiələrin dərhal azad edilməsini tələb ediblər.

Pakistanın Pəncab, Bəlucistan və Xeybər kimi bir çox şəhərlərində toplaşan minlərlə insan Pakistan dövlətindən Nasir Şirazinin azad edilməsini tələb edib.

Human Rights Watch təşkilatı da Pakistan dövlətinin şiələrin hüquqlarını müdafiə etmək və qorumaq məsələsində lazım olan addımları həyata keçirmədiyini birdirərək, Pakistan hökumətindən bu barədə açıqlama verməsini istəmişdi.
Pakistanın Əhli-Beyt (ə) alimləri çıxışlarında Pakistan şiələrinin qaçırılmalarına belə münasibət bildiriblər: “Pakistan dövlətinin qurulması üçün bizlər zəhmət çəkdik və yenə bizlər qurban verdik, indi ölkəmizi məhv olmaqdan yenə bizlər azad edəcəyik.

Pəncab əyalətinin qanun naziri terrorçulara dəstək verir, Nasir Şirazinin qaçırılması hadisəsində əlinin olması da bir ehtimal deyil”.

Karaçinin imam-cüməsi Əllamə Mirzə Yusif Hüseyn çıxışında bunları qeyd edib: “Bəlucistanın əyalət naziri Şəhbaz Şərif və Rəna Sənaullah Pakistan üçün ən böyük təhlükədir”.
Karaçinin imam-cüməsi çıxışında Pakistan dövlətini də hədələyib: “Bizlərin sizin evinizə doğru üz tutmağımızı tələb edəcək işlərdən çəkinin, çünki tarixə baxsanız bizlər hər nəyə əlimizi qoymuşuqsa məqsədimizə çatmadan yerimizdə oturmadığımızı görəcəksiniz”.

Qeyd edək ki, Müsəlman Birlik Partiyasının baş katibi Nasir Şirazi naməlum şəxslər tərəfindən Lahor şəhərində qaçırılıb.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031