Vəsiyyətinə əsasən fransalı professor Nəcəfdə dəfn edilib
Mьəllif: admin1
Tarix: 11-11-2017, 10:06
Bцlmə: Xəbərlər
Vəsiyyətinə əsasən fransalı professor Nəcəfdə dəfn edilib
İslaminSesi.info İRNA-ya istinadla xəbər verir ki, islamı qəbul etmiş və şiə məzhəbi haqda çoxsaylı araşdırmalar aparmış fransalı şərqşünas professor Məryəm Əbuz-Zəhəb ləqəbli Mari Bier Falkmən vəfat edib.

Vəsiyyətinə əsasən onun nəşi Parisdən Nəcəf Əşrəfə gətirilib və Nəcəfdə dəfn edilib.

Onun vəsiyyətinə əsasən nəşinin Nəcəfə gətirilməsi, və burada dəfn edilməsi lentə alınıb və sənədli film kimi fransalı tələbələri üçün nümayiş etdirilib.

Məlumata görə onun nəşi Nəcəfin Kərbəla yolunda 172-ci sütunun yanındakı bir hüseyniyyədə dəfn edilib.

1952-ci ildə doğulan Mari Bier Falkmən Fransada katolik bir ailədə boya başa çatıb. Parisdə Siyasi Araşdırmalar institutunun məzunu olub və bu zamanda da islamı qəbul edib. Şərq Sivilizasiyaları və Araşdırmaları institutunda (İNALCO) müəllim işləyib.

Pakistan və Əfqanıstanda sünni-şiə əlaqələri üzrə Ali təhsil ixtisaslarına yiyələnib. Dəfələrlə Nəcəfdə səfərdə olub və bir çox müctəhidlərlə görüşüb.

Alim Pakistanda şiə azlıqları barədə araşdırmalara sahibdir. Pakistandakı şiə azlıqlarının məruz qaldığı hüquq pozuntuları haqda beynəxalq müstəvidə konfrans və simpozumlarda çıxışlara və araşdırmalara sahibdir.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031