Aİ Gürcüstanı bölgədə ən mühüm strateji partnyorlardan biri hesab edir
Mьəllif: admin1
Tarix: 10-11-2017, 21:40
Bцlmə: Xəbərlər
Aİ Gürcüstanı bölgədə ən mühüm strateji partnyorlardan biri hesab edir
Avropa Komisiyasının 2016-cı və 2017-ci illəri əhatə edən hesabatında Gürcüstanın həyata keçirdiyi islahatlar və Avropa İttifaqı ilə əməkdaşlığını inkişaf etdirməsi nəticəsində, bölgədə Avropa üçün ən mühüm strateji partnyorlardan biri olduğu bildirilib.

Cmedia xəbər verir ki, komisiyanın hesabatında Gürcüstan və Aİ arasında əlaqələrin 2017-ci ildə daha da intensiv olduğu, bu baxımından Gürcüstan və Aİ arasında vizasız rejimin tədbiq olunduğu və Gürcüstanın enerji birliyinə üzv olmasının geniş inkişaf göstəricisi olduğu qeyd edilir.

Hesabatda bildirilir ki, 2016-cı ildə iqtisadi göstəricilərə əsasən, Gürcüstan Avropaya 27% ixrac və 31% idxal göstərici ilə, Aİ-nın ən böyük ticari partnyorudur. Həmçinin, təhlükəsizlik, terrorizm və transsərhəd cinayətkarlığa qarşı mübarizə sahəsində Gürcüstan Aİ-nin önəmli partnyoru hesab olunur. Konstitusiya islahatı ilə əlaqədar hesabatda Venesiya Kommisiyasının nəticəsinə diqqət yetirilir. Hakimiyyət tərəfindən milli azlıqların inteqrasiyasına atlmış addımlar, hesabatda müsbət göstərici olaraq qeyd olunur. Hesabat sənədində, cəzaçəkmə müəssisələrində qeyri müvafiq davranışlar faktları hiss olunacaq dərəcədə azaldığını və Gürcüstanda mövcud mediya vəziyyətinin demokratik dəyərlərə və azad söz mühütünə uyğun olduğu qeyd olunur.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031