Suriyada tarixi qələbə: Sonuncu şəhər də İŞİD-dən azad edilib
Mьəllif: admin1
Tarix: 9-11-2017, 09:54
Bцlmə: Xəbərlər
Suriyada tarixi qələbə: Sonuncu şəhər də İŞİD-dən azad edilib
Dünən axşam saatlarında Suriya Ərəb Ordusu İŞİD-in bu ölkədəki sonuncu istinadgahı olan əl-Bukamal şəhərinin terrorçulardan rəsmən azad edildiyini bəyan edib.

İslamazeri.com "Al-MasdarNews"-a istinadla xəbər verir ki, İraqın Xalq Səfərbərlik Birliklərinin (Həşdi-Şabi) dəstəyilə hərəkət edən Suriya ordusu şərq istiqamətdən əl-Bukamala daxil olublar.

"Həşdi-Şabi" isə İraqın əl-Qaim şəhəri istiqamətindən atəş mövqeyində dayanaraq Suriya ordusuna dəstək olub. Şəhərin şərq hissəsində müqavimət xətti darmadağın edilən İŞİD şəhərin mərkəzindən çıxarılaraq qərbə doğru sıxışdırılıb.

Əl-Bukamal şəhərinin azad edilməsilə Suriya ordusu ölkədəki bütün əsas şəhərləri İŞİD terrorçularından azad edib.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031