Astanadakı VII Suriya müzakirələrində mühüm qərar qəbul edildi
Mьəllif: admin1
Tarix: 1-11-2017, 22:51
Bцlmə: Xəbərlər
Astanadakı VII Suriya müzakirələrində mühüm qərar qəbul edildi
İslamazeri.com mediasına istinadən xəbər verir ki, Rusiyanın rəhbərliyi altında Qazaxıstanın paytaxtı Astanada yeddincisi keçirilən Suriya danışıqlarında 18 noyabrda Rusiyanın Soçi şəhərində keçiriləcək bir konfransda Suriyadakı bütün tərəfləri bir yerə toplamaq qərarı verilib.

Türkiyə və İranın da dəstəklədiyi konfransda Rəsmi Dəməşq də iştirak etməyə hazır olduğunu bildirib.

Rusiya Suriyadakı kürdlərin də daxil olduğu 33 qrup və siyasi partiyanı bu konfransa dəvət edib. Rus nümayəndə heyətinin sədri Aleksandr Lavrentyev konfransda iştirak etməyənlərin konstitusyon islahat prosesindən kənarda qalacağını bildirib:

"Suriya prezidenti ayın 26-sında (oktyabr, 2017) mühüm bir bəyanat verib. Konstitusiyon dəyişiklikləri xoş qarşılayacağını, ya da daha doğru bir ifadə ilə, konstitusiyanın yenidən yazılması, parlament və prezident seçkilərinin keçirilməsi, o cümlədən əhatəli bir islahat mövzusundakı fikirlərini açıq ifadə edib".

İki gün davam edən görüşlərin əsas hədəflərindən biri olan tərəflərin əsir dəyişikliyi məsələsində isə razılığa gəlinə bilməyib. Lavrentyev mübahisələrin İdlib üzərində ilişdiyini və Suriya rəhbərliyinin Türkiyəni radikal terrorçularla birlikdə hərəkət etməklə günahlandırdığını bildirib.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031