Ayətullah Sistaninin sözçüsü Ərbəin üçün təhlükəsizliyə xüsusi diqqət istədi
![]() Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Ayətullah Əhməd Əl-Safi cümə xütbəsində Ərbəin atmosferinin qorunmalı olduğunu vurğulayaraq, döyüş meydanından qaçan terrorçular tərəfindən Ərbəin zəvvarlarının karvanlarının hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib: “İnsanlar Allaha təvəkkül edərək, Seyiduş-Şühədanın (ə) ziyarətinə getdiyi vaxt bu ziyarətin əcrini (mükafatını) əldə etmək üçün bu səfərin kədər və qəm-qüssəsini də içində hiss etməlidir. Bu hadisənin əhəmiyyəti və daşıdığı ali əxlaq üzərində düşünmək lazımdır. Çünki İmam Hüseyn (ə) planı və yoldaşlarını diqqətlə seçərək, təşkil etdi və böyük bir uğur və qurtuluşa nail oldu. Biz o Həzrətin qurtuluşunun yalnız bir hissəsini başa düşürük”. Ayətullah Seyid Əli Sistaninin sözçüsü bəzi ərazilərdə boşluqların olduğunu və döyüş meydanında məğlub edilən bəzi terrorçuların da bu yerlərə sığındıqları barədə xəbərdarlıq edib. O, zəvvar karvanları üzrə məsullardan Ərbəin ziyarətçilərinə qarşı istənilən hücumun qarşısını almaq üçün ən yüksək təhlükəsizlik həssaslığını göstərmələrini istəyib. Oxşar xəbərlər
|