Gürcüstan turizm üçün ən yaxşı 10 ölkə sırasına daxil edilib
Mьəllif: admin1
Tarix: 28-10-2017, 11:02
Bцlmə: Xəbərlər
Gürcüstan turizm üçün ən yaxşı 10 ölkə sırasına daxil edilib
Avstraliyalılar Gürcüstanı turizm üçün ən yaxşı 10 ölkə sırasına daxil ediblər.
Belə ki, Avstriyanın «Loneli Planet» nəşriyyatının versiyası üzrə dünya ölkələri arasında səyahət reytinqində Gürcüstan 7-ci yeri tutub.
«Bu ölkə gələcəyə baxır, amma ənənələri ilə fəxr edir. Bu ölkə, tamadanın qəhrəmanların şərəfinə və ruhunun rahatlığı naminə tost qaldırdığı qəlyanaltılarda düşünülmüş qədim «resept»»lər ölkəsidir. Ölkə şərab bölgəsi olması ilə fəxr edir və aeroportlarının miqrasiya xidməti əməkdaşları pasport nəzarəti zamanı səyahətçiləri qırmızı şərab butılkası ilə qarşılayır» – deyə, «Lonelt Planet» yazır.
Nəşriyyat birinci pillədə Çilini, ikincidə Cənubi Koreyanı, üçüncüdə Portuqaliyanı yerləşdirib. İlk onluğa həm də Cibuti, Yeni Zelandiya, Malta, Mavrikiya, Çin və Cənubi Afrika Respublikası daxildir.
«Loneli Planet» nəşriyyatı 1972-ci ildə yaradılıb. Mənzil-qərargahı Avstraliyada yerləşir. Bu müəssisə varlı olmayan turistlər üçün «yol xəritəsi» nəşri üzrə ixtisaslaşıb.

(Gaxa.ge)
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930