Səudiyyə Məkkəni müasirləşdirmək istəyir - ƏTRAFLI
Mьəllif: admin1
Tarix: 26-10-2017, 21:21
Bцlmə: Xəbərlər
Səudiyyə Məkkəni müasirləşdirmək istəyir - ƏTRAFLI
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı rəhbərliyi İslam dünyasının ən əsas şəhəri hesab edilən Məkkəni müasirləşdirmək niyyətində olduğunu bəyan edib.

"Gələcək sərmayə təşəbbüsü" adlı beynəlxalq forumda Məscidül-Haramın gələcəkdəki görkəmi haqda videoçarx nümayiş etdirilib. Məlum olub ki, səudiyyəli ekspertlər Kəbə üzərində açılıb-bağlanan örtük tikməyi planlaşdırırlar.

Bu təşəbbüs isə birmənalı qarşılanmayıb. Müsəlmanlar bildiriblər ki, bu "İslamın ən müqəddəs məkanlarından birinin tarixi xarakterini məhv edəcək".
Onların sözlərinə görə, müsəlmanlar açıq səma altında ibadət etməlidirlər.

Qeyd etmək lazımdır ki, Məkkə və Mədinə şəhərləri UNESCO-un Ümumdünya mirası hesab edilmədiyi üçün, Səud rəhbərliyi burada istədikləri işləri apara bilirlər.

Kəbə üzərində örtüyün tikilməsi isə tezliklə baş verəcək yeganə dəyişiklik olmayacaq. Belə ki, ibadət üçün 6 yeni mərtəbənin tikilməsi ilə Məscidül-Haram kompleksinin ərazisinin genişləndirilməsi də planlaşdırılır.

Bundan başqa, burada əlavə 21 min tualet, 860 eskalator və məhdud fiziki imkanlara sahib insanlar üçün 24 lift də istifadəyə veriləcək.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031