Yəmən ordusu: “Artıq İsrail rejiminin bazalarını vura bilərik”
Mьəllif: admin1
Tarix: 2-10-2017, 10:27
Bцlmə: Xəbərlər
Yəmən ordusu: “Artıq İsrail rejiminin bazalarını vura bilərik”
Yəmən ordusunun sözçülərindən polkovnik Əziz Raşid açıqlama verərək, İsrail rejiminin Eritreya bazalarının Yəmən raketlərinin mənzilinə daxil edildiyini vurğulayıb.

Deyerler.org Əl-Məsirə-yə istinadən xəbər verir ki, polkovnik Raşid sionist İsrail rejiminin Ertireyada icarəyə götürdüyü bazalarını bu rejimin Yəmənə qarşı hücumlara qatdığı üçün hədəfə alacaqlarını deyib.
Sözçü Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husinin son vaxtlar verdiyi bəyanatlarının strateji bir hərbi qələbə mənasında olduğunu bildirib. O, Əl-Husinin sözlərinin düşmənin heç düşünmədiyi hərbi mesajları daşıdığını söyləyib.

Polkovnik Raşid Yəmən donanmasına aid raketlərin gələcəkdə işğal altındakı Fələstin torpaqlarındakı limanlarına çata biləcəyini də sözlərinə əlavə edib.
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930