Ali dini rəhbərin hüzurunda Tasua mərasimi keçirildi
![]() Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, mərasimdə höccətül-İslam Rəfii İslami döyüşlərdə mənəviyyata hakim olmağın, bu müharibələrin ən mühüm xüsusiyyəti kimi qiymətləndirib. O, Peyğəmbərin (s) səhabələrinin və İmam Hüseynin (ə) yavərlərindən nümunələr çəkərək, onların müharibədə də dua, namaz və zikrə verdikləri əhəmiyyətdən danışıb: “Cihad - Allah yolunda bir hərəkətdir. Bu yolda istər qələbə, istərsə də məğlubiyyət, Qurani-Kərimə görə, Allah cihad edənlərə qarşılığını, mükafatını ən yaxşı şəkildə verəcəkdir”, - deyə höccətül-İslam Rəfii bildirib. Mərasimdə Əhli-Beyt (ə) məddahları İmam Hüseyn (ə) və onun qardaşı Həzrət Əbülfəzl Abbasın şəhadəti ilə bağlı mərsiyələr oxuyublar. ![]() ![]() ![]() ![]() ![]() ![]() Oxşar xəbərlər
|