Müqtəda əs-Sədr: İsrail İraqın daxili işlərinə qarışsa...
Mьəllif: admin1
Tarix: 23-09-2017, 10:03
Bцlmə: Xəbərlər
Müqtəda əs-Sədr: İsrail İraqın daxili işlərinə qarışsa...
İraq Sədr hərəkatının lideri Müqtəda əs-Sədr kürd liderləri "intihar" olaraq xarakterizə etdiyi referendumdan imtina etməyə çağırıb və hökuməti də lazımlı tədbirləri görməyə çağırıb.

İslamazeri.com ərəb mediasına istinadən xəbər verir ki, Sədr etdiyi yazılı açıqlamada, "Fitnəyə diqqət yetirin və İraq xalqı bundan oyansın. Xüsusilə siyasətçilər, mətbuatda və təhlükəsizlik sahəsində bu mövzunu qaldırmaqdan imtina etsin, çünki vəziyyət bunu qaldıra bilməz.",- deyib.

Terror rejimi İsrailin İraqın daxili işlərə qarışması halında buna əlibağlı qala bilməyəcəklərini ifadə edən Sədr İraqın birliyinin onların əsas qaydalarından olduğunu ifadə edib.

Sədr "Kürdlər bu vətəndə bizim qardaşımızdır və referendum səbəbilə hər baxımdan qarşılaşacaqları təhlükənin fərqində deyillər. Bununla qarlılıqlı təsir içərisində olmasınlar, çünki bundan ilk zərər görən özləri olar. Hökumət bu dramı sonlandırmaq üçün lazımlı tədbirləri görməli, əks halda vəziyyət təxmin edilməyən nəticələrə səbəb olar.",- dəyərləndirməsini edib.

Kürd liderlərə çağırış edən Sədr bunları qeyd edib:

"Çağırışım kürd liderlərədir, bu referendum intihardır. Ayrılıqla təhdid etmədən müzakirə masasına gəlin. Bilin ki, İraqda yalnız siz deyilsiz ki, böyük imtiyazlar sizin olsun."

Sədr İraqlıların öz problemlərini həll edə biləcəyini izah edib və "Terroru məğlub edənlər parçalanma kabusundan qorxmaz.",- deyib.
Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30