Dünya yeni fəlakətlə üz-üzə: Milyonlarla insan ölə bilər, əgər...
Mьəllif: admin1
Tarix: 11-09-2017, 21:10
Bцlmə: Xəbərlər
Dünya yeni fəlakətlə üz-üzə: Milyonlarla insan ölə bilər, əgər...
İslamazeri.com-un “The Independent”-ə istinadən verdiyi xəbərə əsasən, NASA mütəxəssisləri əmindirlər ki, super-vulkanın püskürməsi Yer kürəsinə asteroidin düşməsindən qorxuludur. Bildirilir ki, yaşadığımız planetdə 20-yə yaxın supervulkan mövcuddur ki, onlar da hər an oyana bilərlər.

Qeyd edilir ki, belə vulkanlar arasında ABŞ-ın Vayominq ştatında yerləşən Yellouston vulkanı da var.

NASA ekspertlərinin fikrincə, super-vulkanın püskürməsi nəticəsində dünyanı “vulkanik qış” bürüyəcək. Bu da öz növbəsində milyonlarla insan ölümünə gətirib çıxara bilər.

Həmçinin xəbər verilir ki, kosmik agentlik bu cür vulkanın püskürməsinin qarşısını almaq üçün plan hazırlayıb. Plana əsasə vulkan su həcminin artırılması yolu ilə “soyudulacaq”.

Xatırladaq ki, bir müddət öncə məlum olub ki, Böyük Britaniyanın Edinburq universitetindən olan alimlər Antarktidanın qərb hissəsində buzlaqlar altında gizlənmiş 90-dan çox vulkan aşkar edib.
Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930