Günəşdə son 12 ilin ən güclü partlayışı baş verdi
Mьəllif: admin1
Tarix: 7-09-2017, 15:48
Bцlmə: Xəbərlər
Günəşdə son 12 ilin ən güclü partlayışı baş verdi
Günəşdə bu gün iki ləkə qrupunun birləşməsi nəticəsində, son 12 ilin ən güclü partlayışı qeydə alınıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Günəş partlayışları radiasiya gücünə bağlı olaraq A, B, C, M və X olaraq 5 sinifə bölünür. Minimum olan A0.0 Yer kürəsinin orbitindəki hər kvadratmetrə 10 nanovatt radiasiya gücünə bərabərdir. Növbəti sinifə keçiddə radiasiya gücü 10 dəfə artır.

Son partlayışa X9.3 balı verilib. Bu da onu bu günə qədər Günəş səthində müəyyən edilən ən güclü 5 partlayışın arasına daxil edib.

Partlayış Günəşin Yer kürəsinə baxdığı nöqtəsində baş verdiyi üçün planetimizə olan təsiri maksimum olacaq.


Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930