Əməldə filosof!
Mьəllif: admin1
Tarix: 20-06-2021, 11:03
Bцlmə: Xəbərlər
Əməldə filosof!
Yaxşılıq bəyənilmiş sifətlərdəndir. Amma yaxşılıq üç növ olur: yaxşılığa yaxşılıq, sadəcə yaxşılıq və yamanlığa (sənə pislik edənə) yaxşılıq! Rəbbani İslam alimləri gözəl əxlaqda həmişə cəmiyyətə nümunə olub.

Öz əxlaqı ilə seçilən məşhur alimlərdən, filosoflardan biri də Əllamə Məhəmmədtəqi Cəfəridir.

Mərhum Əllamə bir gün Tehranda Xorasan küçəsindəki evinə qayıdarkən çiynində xalça birinin onun həyətindən çıxdığını görür. Başa düşür ki, bu adam oğrudur.

Səsini çıxarmır, düşür oğrunun arxasınca. Oğru Tehran bazarında Əbu Əli sarayına gəlir. Xalçanı bir tacirlə qiymətləşərkən yaxınlaşır və deyir ki, xalçanı alıram, amma sən (oğru) onu mənim evimə aparmalısan. Oğru razılaşır. Yola düşürlər.

Oğru küçə-küçə mənzilə yaxınlaşdıqca canına vicvicə düşür. Qapıya çatanda məsələnin nə yerdə olduğunu anlayır. Əllamənin ayağına düşüb yalvarır.

Əllamə isə onu bundan artıq utandırmır, deyir ki, mən səni xalça oğurlayanda görməmişəm. Həmin şəxs Əllamənin alicənablığı müqabilində bu günah işə tövbə edir.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930