Allah evini qarət edən oğrudan ürəkdağlayan MƏKTUB
Mьəllif: admin1
Tarix: 29-06-2017, 22:02
Bцlmə: Xəbərlər

Allah evini qarət edən oğrudan ürəkdağlayan MƏKTUB

 İslamazeri.com-un xarici mediaya istinadən verdiyi xəbərə əsasən, Pakistanda yerləşən məscidlərdən birində qeyri-adi qarət baş verib. Oğru sədəqə qutularından 50 min rupi (500 dollara yaxın - red.) oğurlayıb və cinayət yerində məktub qoyub. O məktubda heç kəsdən bu işə qarışmamağı xahiş edib.

Onun sözlərinə görə, bu iş "onunla Allah arasında” qalmalıdır.

"Xahiş edirəm, məni tapmağa çalışmayın. Mən çox ehtiyyaclı biriyəm və elə buna görə də Allahın evindən oğurluq etdim. Bu mənlə Allah arasında olan bir məsələdir. Mən bu addımı atmağa məcbur qaldım, çünki insanlar mənə yardım etməkdən boyun qaçırdılar.”, - deyə o yazıb.

Qeyd edilir ki, məscid əhli hadisədən o qədər təsirlənib ki, imamdan polisə şikayət ərizəsə yazmamağı xahiş ediblər.

Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930