Fələstin Səhiyyə Nazirliyi: "Qəzzada dərmanlar tükəndi"
Mьəllif: admin1
Tarix: 27-06-2017, 23:49
Bцlmə: Xəbərlər

 Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi xəstələrin Qəzzadan kənar müalicə almaları üçün köçürülmə əməliyyatlarının dayandırılması səbəbiylə ölüm hallarının artacağı barədə xəbərdarlıq edib.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, səhiyyə nazirinin müavini Yusif Əbu Riş keçirdiyi mətbuat konfransında belə danışıb: "Müalicə üçün Qəzzadan kənara çıxılmasının qarşısı alınan xəstələrdən ölənlərin sayı arta bilər. Nazirliyin ehtiyatlarındakı dərmanlar tükənib".

Qəzzadan kənarda müalicənin qarşısının alınması ilə əlaqədar son aylarda 3-ü uşaq olmaqla 11 xəstənin öldüyünü bildirən Əbu Riş, Qəzzadakı səhiyyənin vəziyyətinin çox təhlükəli bir dövrdən keçdiyini qeyd edib.

Qəzzadakı minlərlə xəstə Qüds, İsrail rejimi və İordan çayının qərbindəki xəstəxanalarda müalicə almaq üçün İsrail rejiminin nəzarətindəki Beyt Hənin sərhəd məntəqəsinə üz tutmağa məcbur olurlar.


Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930