Misir hökuməti ölkənin iki adasını Səudiyyə Ərəbistanına verib
Mьəllif: admin1
Tarix: 15-06-2017, 11:06
Bцlmə: Xəbərlər

 Misirin Parlamenti tarixən ölkəyə aid olan Tiran və Sənafir adalarının Səudiyyə Ərəbistanına aid olmasını təsdiq edən qanun layihəsini səs çoxluğu ilə qəbul edib.


 

İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, Tiran və Sənafir adalarının Səudiyyəyə verilməsini təsdiq edən qanunun layihəsinin qəbulundan sonra Qahirədə hökumətə qarşı etiraz aksiyaları keçirilib.

 

Bu etiraz aksiyalarında həbs edilənlər var.

 

Misiri parlamentinin qərarından öncə ölkənin Müdafiə və Milli Təhlükəsizlik komitəsi belə bir qərarı vermiş və onu parlamentə göndərmişdi.

 

Tiranla Sənafirin Səudiyyəyə verilməsini ehtiva edən "sərhədlərin çəkilməsi və aydınlaşdırılması” qanun layihəsi ilk dəfə 2016-cı ildə Misir hökuməti tərəfindən qaldırılmış lakin o zaman ölkənin Appelyasiya Məhkəməsi bu qərarı dayandırmışdı.

 

2013-cü ilin yayında ölkədə İxvanul-Muslimin və Məhəmməd Mursi hakimiyyətini devirən hərbçilərə Səudiyyə və digər körfəz ərəb ölkələri tərəfindən külli miqdarda yardım edildi. Ekspertlər bu iki adanın verilməsinin Səudiyyə ilə Misirin hazırki hökuməti arasında baş tutan rüşvət alveri addımı kimi də qələmə verirlər.

 


Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930