Bəhreyn xalqı ayağa qalxdı: 7 şəhər etirazlara qoşuldu - FOTO, VİDEO
Mьəllif: admin1
Tarix: 29-05-2017, 10:49
Bцlmə: Xəbərlər

Bəhreyn xalqı ayağa qalxdı: 7 şəhər etirazlara qoşuldu - FOTO, VİDEO

 İsamazeri.com xəbər verir ki, Bəhreynlilər dünən etiraz aksiyası keçirərək, Dərrazda şəhid olanları anıblar. Kəranə şəhərində qeydə alınan etirazda vətəndaşlar Ayətullah İsa Qasimə dəstək verdiklərini də elan ediblər.

Oxşar etirazlar Kərbabad, Deyr, Şimali Səhlə, Kərzəkan, Qətəm, Müsəlla və başqa şəhərlərdə də təşkil olunub.

Dərraz bölgəsinin sakinləri də, Ali-Xəlifə rejiminin şəhidlərin cənazələrini təhvil verməməsinə etiraz edərək, simvolik olaraq dəfn mərasimi təşkil ediblər.

Ölkə ruhaniləri şəhidlərin cənazlərini Ali-Xəlifə rejimindən almaq üçün xalqı etiraz aksiyalarına çağırıblar.

Bir çox şəhərlərdə etirazçılar yollarda barikadalar qurmaqdadır.

 

 


Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930