Almanyanın Bilefeld şəhərində İmam Mehdinin (ə.f) təvəllüdü...(Foto)
İlk öncə tədbirə daha da nuraniyyət qatmaq üçün Qurani-Kərimdən bir neçə ayə tilavət olundu.
Sonra tədbirdə çıxış edən Kərbəlayi Elçin Daşdanzadə İmamın (ə.f) zühurunun beş qəti əlamətindən, 313 səhabəsindən və zühur zamanı dünyanın gözəlliklərindən danışdı.
Tədbirdə İmam Mehdi (ə.f) haqqında bilgi verən video çarxlar nümayiş etdirildi.
Həmçinin Kərbəlayi Ata Oktar Toksöz öz gözəl səsi ilə məclisə nuraniyyət qatdi. Eyni zamanda məclisdə zamanənin İmamı haqqında uşaqlara suallar verildi və düzgün cavab verənlərə hədiyyələr təqdim olundu.
Sonda Tədbir Fərəc duası oxunması, ehsan süfrəsi açılması və tort kəsilərək şiriniyyat paylamaqla tamamlandı.
Tədbirə zəhməti keçən hər kəsdən Allah razı olsun!.
Oxşar xəbərlər
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||