İsrailli nazir İran və “Hizbullah”la bağlı ABŞ-a layihə təqdim etdi
Mьəllif: admin1
Tarix: 29-04-2017, 13:41
Bцlmə: Xəbərlər

İsrailli nazir İran və “Hizbullah”la bağlı ABŞ-a layihə təqdim etdi

 İslamazeri.com "Yediot Aharnot”-a istinadən xəbər verir ki, İsrail rejiminin məlumat və əlaqələndirmə naziri İsrail Kats İran əleyhinə yeni layihə hazırlayıb. Kats bu layihəni ABŞ-a səfəri çərçivəsində hazırlayıb.

ABŞ-a təqdim olunan layihə İranın Suriyada olan nüfuzunun azaldılması barədədir.

Layihədə əsas olaraq İranın və müttəfiqlərinin, xüsusən də "Hizbullah”ın Suriyada əl-qolunu bağlamaq təklif olunur.

Bundan əlavə, İran qüvvələrinin Suriyada olmasına və "Hizbullah”a olan maddi və hərbi yardımlara etiraz olunaraq, "Hizbullah” əleyhinə olan təzyiqlərin artırılması istənilib.

Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30