Rusiyadan İsrailin Suriya hücumuna cavab
Mьəllif: admin1
Tarix: 27-04-2017, 21:51
Bцlmə: Xəbərlər
 

 İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, rəsmi Moskva Suriyaya qarşı olan təcavüzkarlıq aktını pisləyir və onları yolverilməz hesab edir.

"Rəsmi Moskva Suriyaya qarşı olan aqressiya aktını pisləyir, onu yolverilməz və beynəlxalq  hüquq prinsip və normaları ilə zidd hesab edir. Hər kəsi Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində hərəkət etməyə çağırırıq.”, - deyə Zaxarova brifinq zamanı bildirib.

Xatırladaq ki, daha əvvəl, SANA agentliyi xəbər vermişdi ki, bu gün İsrail Dəməşq beynəlxalq hava limanından cənub-qərbdə yerləşən hərbi obyektə raket zərbəsi endirib. Nəticədə partlayış və yanğın baş verib, maddi zərər dəyib. Raket zərbəsi yerli vaxtla saat 03.50-də Qolan yüksəkliklərindəki hava məkanından atılıb. İsrail HHQ-nə məxsus təyyarələr Suriyanın hava məkanına soxulmayıb.


Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930