Ayətullah Xamenei prezident olmaq istəyən namizədlərin prioritet siyasətini açıqlayıb
Mьəllif: admin1
Tarix: 26-04-2017, 10:55
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei prezident olmaq istəyən namizədlərin prioritet siyasətini açıqlayıb
“Namizədlər vəd verə bilərlər, amma gözləri daxildəki xalqa olacaq və sərhədlərdən kənarda olmayacaq”
İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bunu İslam İnqilabının Ali lideri ayətullah Seyyid Əli Xamenei ötən gün ölkə ictimaiyyət nümayəndələri, rəsmiləri və müsəlman ölkə səfirləri qarşısında çıxışı zamanı deyib.

Ayətullah Xamenei namizədlərin qarşısında duran əsas siyasi kursu belə izah edib:

“Prezident seçkilərində namizədliyini irəli sürmüş bütün hörmətli cənablara bildirmək istəyirəm, və bunu dəfələrlə demişəm ki, qərar qəbul edib, ölkənin inkişafı, iqtisadiyyatın dirçəlişi, düyünlərin açılması üçün vəd verə bilərlər, amma gözləri sərhədlərdən kənarda olmayacaq”

İslam İnqilabının Ali lideri islam dünyasının vəziyyətinə də toxunub və islam dünyasının inkişaf etməsi yolunun birlikdə və hegemonlar qarşısında müqavimət göstərməkdən keçdiyini vurğulayıb.

Ali lider bundan öncəki çıxışında prezident olmaq istəyən namizədləri ölkənin daxili gücünə arxalanmağa və müqavimət xarakterli iqtisadiyyatın həyata keçirilməsinə çağırmışdı.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930