Botanika bağına bənzəyən məscid görənləri heyran edir (Video)
![]() İslaminSesi Deyerler.org istinadən xəbər verir ki, Adananın Yürəgir rayonunun Körpülü məhəlləsində bosniyalı Saleh Əfəndi rəhbərliyi altında inşasına başlanan və 87 il əvvəl ibadətə açılan Köprüköy məscidi baharın gəlişi ilə yaşıllığa bürünüb. Həyətində 1960-cı illərdə əkilən sarmaşıqların məscid divarlarını və minarəsini tamamilə əhatə etməsi səbəbilə xalq arasında "Yaşıl məscid" kimi də tanınan Köprüköy məscidi, camaata və ziyarətçilərinə nəbatat bağında gəzdikləri hissi bəxş edir. Şəhərin rəmzi məkanlarından biri olan məscid, bağçasındakı bir-birindən rəngli çiçəklərlə də diqqət cəlb edir. Oxşar xəbərlər
|