Kazimeyndə 2 milyona yaxın zəvvar (Video)
Mьəllif: admin1
Tarix: 22-04-2017, 22:40
Bцlmə: Xəbərlər
Kazimeyndə 2 milyona yaxın zəvvar (Video)
Ziyarətgahın Zəvvarlar üzrə Komitəsi son 3 gün ərzində Kazimeynə gələn zəvvarların sayının 1 milyon 900 mindən artıq olduğunu deyib.
İslaminSesi.info bu barədə İmam Musa Kazimin və İmam Cavadın ziyarətgahının İdarəsinin rəsmi saytı aljawadain.iq - ə istinadla məlumat verir.

Bildirilib ki, cari həftənin 3, 4 və cümə günlərində İmam Kazimin ziyarətgahını 1 milyon 900 min zəvvar ziyarət edib.

Ziyarətgahın Zəvvarlar üzrə Komitəsinin sədri Malik Fəxrinin sözlərinə görə bu rəqəm indiyə qədər qeydə alınmış ən böyük rəqəmdir.

İraq polisi və Haşdu-Şabinin könüllülərdən ibarət qüvvələri zəvvarların təhlükəsizliyi üçün əlavə qüvvələr cəlb ediblər.

İki gün öncə Bağdadın qərbində Kazimeyn zəvvarlarını hədəfə almaq istəyən bir İŞİD-çi qrup ələ keçib və onların partlatmaq istədiyi bir minalanmış maşın da vaxtında aşkarlanaraq, zərərsizləşdirilib.



Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30