İranda 34-cü beynəlxalq Quran müsabiqəsinə start verilib
Mьəllif: admin1
Tarix: 19-04-2017, 14:47
Bцlmə: Xəbərlər
İranda 34-cü beynəlxalq Quran müsabiqəsinə start verilib
İslaminSesi.info İqna.ir-ə istinadla xəbər verir ki,İran İslam Respublikasının 34-cü beynəlxalq Quran-Kərim yarışlarının açılış mərasiminin bu gün, 19 Aprel 2017-ci il, həftənin üçüncü günü, günün ikinci yarasında keçiriləcəyinə rəğmən, yarışların ilkin mərhələsi artıq səhər saatlarında öz işinə başlamışdır.

Bu yarışların indiyədək dünyada keçirilmiş digər beynəlxalq Quran yarışlarından fərqi bundadır ki, İran İslam Respublikası dünyanın Quran yarışları tarixində ilk dəfə olaraq eyni zamanda 5 beynəlxalq rəqabət meydanı açmışdır ki, bu yarışlarda 300 nəfər beynəlxalq yarışçı iştirak edir.

İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarının proqramlarının iş qrafikasına əsasən yarışlar əsasən 3 sahədə hifz, təfsir və tilavət sahəsində keçiriləcək.

Yarışlar xanımlar arasında da keçiriləcəkdir.

Yarışlar çərçivəsində iştirakçıların Ali dini lider Ayətullah Seyid Əli Xamenei ilə görüşü baş tutacaq.
Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930