CHP liderindən ilk açıqlama: "Nəticələrlə razı deyilik"
Mьəllif: admin1
Tarix: 17-04-2017, 09:53
Bцlmə: Xəbərlər
CHP liderindən ilk açıqlama: "Nəticələrlə razı deyilik"
Türkiyədə keçirilən referendumun ilkin nəticələri açıqlanıb.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu hiylə iddialarının ardından ilk açıqlamasını verib: “Vətəndaşların 50 faizinin “yox” dediyi bir referendum var. Bu konstitusiya dəyişikliyi razılıq (uzlaşma) sənədi xüsusiyyətlərinə sahib deyil. Bu konstitutsiya bir toplumsal razılıq sənədi halına gətirilməlidir”.

Səs verən vətəndaşlara təşəkkürünü bildirən Kılıçdaroğlu Ali Seçki Komissiyasını (YSK) da ittiham edib: “YSK bu səsverməni konfliktli hala gətirdi. Sizə Seçki Qanununun 98-ci maddəsini xatırladıram; “Möhürü olmayan zərflər sayılmır”. Niyə? Seçki Qanununun 101-ci maddəsində "Arxasında sandıq kollegiyasının möhürü olmayan zərflər sayılır” yazılıb. YSK matçın ortasında qaydaları dəyişir. Hətta zərflər açıldıqdan sonra bunu edir. Bunu qəbul etmirik. Millətin qərarına hörmət edirik, lakin YSK millətin qərarına kölgə saldı”.



Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930