Xərçəng hüceyrələrini məhv edən meyvə
Mьəllif: admin1
Tarix: 15-04-2017, 22:16
Xərçəng hüceyrələrini məhv edən meyvə
Aparılan araşdırmalar nəticəsində blaşvud adlı ağacın meyvəsinin xərçəng hüceyrələrini yox etdiyini göstərir.
Elm adamları bu meyvədən aldıqları fermentlə xərçəng şişlərini yox etməyi bacardılar. Hal-hazırda sınaq mərhələsində olan dərman EBC-46 adını daşıyır. Bu meyvənin üzərində araşdırma aparan doktor Qlen mövzu barəsində məlumat verib: "Klinik sınaqlarımızda, dərmanı şiş olan hissəyə köçürdük. Beş dəqiqə ərzində həmin bölgədə göyərmə oldu. 24 saat ərzində isə şişin olduğu bölgə tamamilə qaraldı. Bunun üzərindən bir neçə gün keçəndən sonra, həmin bölgədə qabıq meydana gəldi. 1.5 həftə ərzində qabıq özbaşına düşdü və şiş yox oldu".

EBC-46-nın siçanlarda, itlərdə və atlarda sınanıldığı və müvəffəqiyyətli nəticələr əldə edildiyi bildirilib.
Hələki ancaq heyvanlarda sınanan laboratoriya analizlərində 70% müvəffəqiyyətli nəticələr əldə edilib. Ancaq bu məhsul müxtəlif səbəblərə görə, hələ insanlar üzərində sınanmayıb. Bu səbəblə araşdırmaçılar mövzuyla əlaqəli hələ qəti bir söz söyləmirlər.

deyerler.org


Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930