İŞİD-çilər “başsız” qaldı
Mьəllif: admin1
Tarix: 13-04-2017, 14:39
Bцlmə: Xəbərlər
İŞİD-çilər “başsız” qaldı
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Mosulda möhkəmlənmiş İŞİD terrorçularının artıq mərkəzi rəhbərliyi yoxdur. Radikallara terrorçuların iyerarxiyasından olan 2-ci və 3-cü dərəcəli başçılar rəhbərlik edir. Bu haqda İraq Federal Polisinin podpolkovniki İmad Xələf açıqlama verib.

“İŞİD başçılarının əksəriyyəti məhv edilib, digərləri isə qaçıblar. Hazırda onların 2 və 3-cü dərəcəli komandirləri qalır. Əlimizdə olan məlumata əsasən, yerdəqalanlar zəif rəhbərlərdir. Onlar ayrı-ayrı rayonlar üzrə səpələniblər və onların artıq mərkəzi rəhbərliyi yoxdur.”, - deyə İraq Federal Polisinin 5-ci diviziyasının 18-ci briqadasının 4-cü polkunun komandirinin köməkçisi İmad Xələf bildirib.

Onun sözlərinə görə, terrorçular “snayperçi və partlayıcı ilə dolu avtomobilin sükanı arxasına əyləşməyə hazır olan kamikadzelərdən ibarət çox kiçik qruplara parçalanıblar”. O, əlavə edib ki, belə qruplarda əsasən 2-3 nəfər olur.


Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930