Gürcüstan turizimə görə dünyada 136 ölkə arasında 70-ci yerdədir
Mьəllif: admin1
Tarix: 13-04-2017, 10:42
Gürcüstan turizimə görə dünyada 136 ölkə arasında 70-ci yerdədir
World Economic Forum-un Turizm Rəqabətliliyi indeksiə görə 2017-ci ildə Gürcüstan bir pillə daha irəli gedib.

Son göstəricilərə görə, Gürcüstan, turizm qabiliyyətliliyinə görə 70-ci yerdə qərarlaşıb.

Gürcüstan tərəfindən qəbul edilən bal maksimal 7-dən 3,7-dir.

2017-ci ildə ən yaxşı turist ölkəsi kimi İspaniya adlandırılıb, ikinci yerdə Fransa, üçüncü yerdə isə Almaniya qərarlaşıb.

İndeks komponenti ilə, Gürcüstanın pozisiyaları belə görünür:

Biznes mühitinə görə - Dünyada 22-ci yerdə

Təhlükəsizliyə görə - 29-cu yerdə

Səhiyyə və gigienaya görə - 36-cı yerdə

Texnologiyanın inkişafına görə - dünyada 67-ci yerdə

Qiymətlərin rəqabətliliyinə görə - 66-cı yerdə

Aviasiya infrastrukturuna görə - 90-cı yerdə

Yol infrastrukturuna görə - 63-cü yerdə

Turizm infrastrukturuna görə - 70-ci yerdə

Təbii resurslara görə isə - 106-cı yerdədir





(cmedia.ge/Müəllif: Amil Mamedov)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031