Putin: "Dəməşqdə kimyəvi hücum təxribatı planlaşdırılır"
Mьəllif: admin1
Tarix: 11-04-2017, 21:20
Bцlmə: Xəbərlər
Putin: "Dəməşqdə kimyəvi hücum təxribatı planlaşdırılır"
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyanı vurmasının ona 2003-cü ildəki İraq işğalını xatırlatdığını deyib.

Deyerler.org RT-yə istinadən xəbər verir ki, İtaliya prezidenti Sercio Mattarella ilə görüşündən sonra, Moskvada mətbuat konfransı keçirən Putin, Suriya ordusunun İdlibin Xan Şeyxun qəsəbəsində kimyəvi hücum təşkil etməsi iddialarını təxribat kimi qiymətləndirib.

Putin bəzi qüvvlərin Dəməşq ətrafı da daxil olmaqla başqa bölgələrdə cinayətin məsuliyyətini Suriya hökumətinin üzərinə atacaqları təxribat hazırlığı etdiklərinə dair məlumat aldıqlarını söyləyib: "Müxtəlif mənbələrdən aldığımız məlumatlara görə, oxşar təxribatlar, hansıları ki, başqa şəkildə təsvir etməyim mümkün deyil, Dəməşq ətrafı da daxil olmaqla, Suriyanın başqa bölgələrində də hazırlanır. Bəzi maddələr atıb məsuliyyəti Suriya hökumətinin üzərinə atmağı planlaşdırırlar".

Putin İdlibdəki kimyəvi hücum iddialarının araşdırılması üçün BMT-yə müraciət edəcəklərini deyib.
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031