Şəxsiyyət vəsiqələri tamamilə pulsuz veriləcək
Mьəllif: admin1
Tarix: 7-04-2017, 22:15
Şəxsiyyət vəsiqələri tamamilə pulsuz veriləcək
Aprelin 10-dan 29-na qədər şəxsiyyət vəsiqələri tamamilə pulsuz veriləcək

Seçki siyahısının təkmilləşdirilməsi məqdsədi ilə, şəxsiyyət vəsiqələri bu səfər də pulsuz veriləcək.

Bu barədə məlumatı Ədliyyə Nazirliyi verdi. Nazirlik tərəfindən yayılan məlumata görə, aprelin 10-dan 29-na qədər şəxsiyyət vəsiqələri tamamilə pulsuz veriləcək.

Aksiyanın məqsədi dəqiq seçki siyahılarının formalaşdırılmasıdır. Biometrik pasport nə qədər çox vətəndaşda olsa, "Bir seçici - Bir səs!" prinsipi o qədər çox qorunacaq - deyirlər nazirlikdə.

Ədliyyə nazirinin məlumatına görə, son dörd il ərzində 24 belə aksiya elan edildi. Aksiyaların nəticəsində, 1 200 000-dən artıq vətəndaş şəxsiyyət vəsiqəsini pulsuz ala bildi.

Pulsuz şəxsiyyət vəsiqəsini almaq üçün vətəndaşlar Ədliyyə evlərinə müraciət etməlidirlər. Vəsiqə üçün şəkil çəkdirmək də pulsuzdur.

Halhazırda Gürcüstanın 2 485 876-dən artıq vətəndaşı elektron şəxsiyyət vəsiqəsini alıb.


(Borçalı-NEWS)
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930