Sağlam ürək və damarlar üçün hər gün 100 qr yeyin
Mьəllif: admin1
Tarix: 1-04-2017, 18:51
Sağlam ürək və damarlar üçün hər gün 100 qr yeyin
Qanda xolesterolun yüksək səviyyədə olması çox təhlükəlidir.
Piyə oxşar maddə olan xolesterol damarların divarlarında yığılaraq onların mənfəzini daraldır, damarları zəiflədir, onların elastikliyini azaldır.

Damarlarda xolesterolun yığılması aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz bütün dünyada ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbidir.

Ateroskleroz damarların divarlarını zəif və kövrək edir ki, bu damarların partlamasının riskini artırır. Ürək və beyində iri damarın partlaması infarkt və ya insulta səbəb olur.

Xolesterolla zədələnmiş damarın divarında çat əmələ gələ bilər. Daha sonra çatı bağlamaq üçün burada qan laxtası (tromb) əmələ gəlir. Bu orqanizmin qoruyucu mexanizmidir. Tromb divardan qopa və qan axını ilə hərəkət edərək hər hansı damarı tuta bilər ki, nəticədə bu yerdə qan dövranı kəskin pozulur. Belə vəziyyət ürək və ya beyində inkişaf etdikdə bu infarkt və ya insulta səbəb olacaq.

Aterosklerozla mübarizə etmək üçün həkimlər xəstələrə xüsusi dərmanlar - statinlər təyin edir. Bu dərmanların bir çox yanaşı təsirləri mövcuddur ki, alimlər daim statinlərin təsirinə oxşar təbii vasitələr axtarır.

The Daily Mail xəbər verir ki, Pensilvaniya Universiteti alimlərinin araşdırmaları göstərib ki, hər gün əsas qida qəbulundan sonra 3 unsiya (təxminən 100 qr) araxis yeməklə qanda xolesterolun səviyyəsini və nəticədə aterosklerozun inkişafı riskini azaltmaq mümkündür.

Beləliklə, alimlərin fikrinə görə, araxisin daim istehlakı aterosklerozun inkişafının qarşısını ala bilər.

Onu da nəzərə almaq lazımdır ki, araxıs ən güclü qida allergenlərdən biri sayılır. Bu səbəbdən araxisə allergiyası olan insanlar ondan imtina etməlidir.(saglamolun.az)


Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031