Həyatınızı asanlaşdıracaq psixoloji tövsiyyələr
![]() İslaminSesi çox dəyərli psixoloji tövsiyyələri təqdim edir. * İnsanlar 3-4 illik tanışlıqdan sonra evləndikdə onların boşanma ehtimalı çox az olur. * İnsanın xarakterini elə ilk tanışlıqdan və ya ilk görüşdən bilmək mümkündür. Bu onun ofisianta, heyvanlara davranışından tam aydın olur. * 7 il davam edən dostluq adətən bir ömür boyu sürə bilir. * Haqqında düşündüyünüz insan da sizin haqqınızda düşünür. Təbii ki, burada ilkin şərt sizin tanış olmağınızdır. *Yapon alimlərinin fikrincə insanın 3 sifəti var. Bir sifətini cəmiyyətə göstərər, ikinci simasını ailəsinə dostlara, digərini isə heç kimə göstərməz. Deməli, insanın əsl siması yalnız özünə məlumdur. * Əgər ətrafda bütün insanlar sizi əsəbləşdirirsə, deməli darıxdığınız biri vardır. * Əgər kimsə gecə çox gec yatmağa gedirsə, onun mütləq psixoloji pozğunluqları başlayacaq. * Mübahisədə qalib gəlmək üçün mütləq o mövzuya dair çox sual verin. Bu sizə çox kömək edəcək. * Biz elə yaradılmışıq bizə pislik edən bir insanı 5-6 ay ərzində əfv edə bilirik. * Həyatda çox peşmançılıqlar və əzablar çəkmiş insanlar kiməsə bağlanmaqdan çox qorxarlar. * Bir qayda olaraq ən yaxşı məsləhətləri həyatda ən çox problemləri olanlar verərlər. * Öz həyatı barədə uzun -uzadı düşünmək insana pis ssenariləri xəyal etdirər. Bu da həyatda daha bir uğursuzluğa düçar olmağın xəbərçisi ola bilər. *Ağıllı insanlar həmişə mübahisə və polemikalardan uzaq durarlar. Həqiqəti bilmələrinə baxmayaraq onlar sükutu daha üstün bilərlər. *Sosial nöqteyi -nəzərdən introvertlər daha yaxşı dost və tərəfdaş olurlar. *Hər xırdalığı problem edən insanlar əslində ciddi şəkildə sevgiyə ehtiyaclı olarlar. * Psixoloqların fikrincə ayrılıqdan sonra dost qalan insanlar ya hələ də bir-birlərini sevirlər, ya heç vaxt sevməyiblər. * Yadda saxlayın, bir dəfə xəyanət edən hər zaman edəcək. Yalan danışmağa vərdiş etmiş çətin ki, bu vərdişindən vaz keçsin. *Qadın üçün kişinin xarici görkəmindən daha çox onun ətri əhəmiyyətlidir. *İtlər sahibinin kədərini və bədbəxtliyini hiss edə bilirlər. Onlar bu anda sahiblərini şənləndirməyə çalışırlar. *Əgər bir insanın sizin üçün əhəmiyyətini dərk etmək istəyirsinizsə, bir anlıq onsuz həyatınızı təsəvvür edin. Oxşar xəbərlər
|