Möhkəm sümüklər, sağlam ürək və qaraciyər üçün bunları edin
![]() Küncütün vətəni Cənubi Afrikadır. Küncüt dünyada tək mətbəxtə deyil, tibdə və kosmetologiyada da istifadə olunur. Küncütün bir çox faydalı xüsusiyyətləri var: - Bu bitkinin tərkibində güclü antioksidant olan "sezamin" maddəsi var ki, bu maddə bir çox xəstəliklərin, o cümlədən şiş xəstəliklərinin profilaktikasında istifadə olunur, "pis" xolesterolun səviyyəsini aşağı salır. - Küncüt bir çox vitamin (A,B qrupu, C, E) və minerallarla (kalium, maqnezium, dəmir, kalsium, fosfor) zəngindir. Bu səbəbdən küncüt yaz və payız hipovitaminozlarının (vitamin çatışmazlığı) profilaktikasında uğurla istifadə oluna bilər. - Kalium və maqneziumla zəngin olan küncüt ürək-damar sistemi üçün çox faydalıdır. Məhz bu iki mineral ürəyin və damarların normal fəaliyyəti üçün ən vacib minerallardır. - Küncüt lesitinlə zəngindir. Lesitin baş beyinin və qaraciyərin sağlamlığını qoruyur, orqanizmdə xolesterolun səviyəsini aşağı salır. Lesitin uşaqlar üçün xüsusilə vacibdir - bu maddə uşağın sinir sisteminin normal formalaşmasında və inkişafında böyük rol oynayır. - Küncütdə fitosterin var. Bu maddə immun sistemini möhkəmləndirir və həmçinin aterosklerozun və piylənmənin qarşısını alır. - Küncüt saç və dərinin vəziyyətinə müsbət təsir edir. - Küncüt kalsium və fosforla zəngindir. Bu iki mineral sümüklərin sağlamlığını və möhkəmliyini təmin edir. Məhz bu səbəbdən mütəxəssislər küncüt toxumlarını uşaqların və yaşlı insanların qidalanmasına daxil etməyi tövsiyə edir. - Küncütün tərkibində fitoestrogenlər var. Bu maddələr qadın sağlamlığı üçün xüsusilə faydalıdır - qadın cinsiyyət sistemi xəstəliklərinin, mastopatiyanın riskini azaldır. - Küncüt güclü afrodiziak sayılır (cinsi meyli artıran maddə). Küncütü çiy halda müxtəlif meyvə və tərəvəz salatlarına, sıyıqlara, süd məhsullarına (kəsmik, yoqurt) əlavə etmək olar. Gün ərzində 2-3 çay qaşığı küncüt yeyə bilərsiniz.(saglamolun.az) Oxşar xəbərlər
|