Pendir haqqında bunları heç bilirsiniz?
Müəllif: Admin
Tarix: 18-03-2017, 21:12
Pendir haqqında bunları heç bilirsiniz?
Əgər pendir sevənlərdənsinizsə və pendirsiz bir həyat təsəvvür etmirsinizsə, sizin üçün iki mühüm xəbərimiz var: birinci, pendir insanın daha arıq olmasına kömək edir; ikinci isə, xolestrini aşağı salır.

Deyerler.org xəbər verir ki, Kollec Dublin Universitenin alimləri pendir yeyənlərin yeməyənlərə nisbətən daha arıq olduğunu müəyən ediblər. Həmçinin bu insanların xolesterin səviyyəsinin isə, yüksək olmadığını qeyd ediblər. Tədqiqatçıların süd, pendir, qatıq, kərə yağı və qaymağ istehlak edən 18-90 yaşları arasındakı 1500 insan arasında keçirdikləri sorğunun yekununda, bu insanların bədən kütlə indeksinin aşağı, bel ətrafının daha incə və qan təzyiqinin aşağı olduğunu müəyyən ediblər.

Araşdırmadan başqa bir maraqlı nəticə də ortaya çıxdı. Az yağlı süd məhsulları istehlak edən iştirakçılar daha yüksək xolesterin səviyyəsinə malik olmaq meylində olublar. Bu nəticə doymuş yağların (pendirdə olan) xolesterin səviyyələrini salmaq üçün məhdudlaşdırılmasını müdafiə edən müasir tibbi tövsiyyələrə ziddir. Çünki yüksək xolesterin, ürək və damar xəstəlikləri və insult təhlükəsi arasında yaxından əlaqə mövcuddur. Halbuki araşdırmanın nəticəsi ehtiva etdiyi qida elementlərinə görə, pendirin doymuş yağın xolesterin səviyyəsini yüksəltmədiyini göstərdi.

Araşdırmanı aparan alimlərdən doktor Emma Friney nəticələrlə əlaqədar olaraq belə danışıb: "Təkcə qidaların özünü yox, eyni zamanda ümumi qidalanma formamızın, yediyimiz digər ərzaqların da əhəmiyyətini açıq göstərdi".
Oxşar xəbərlər
19 mart 2017 01:38
Qonaq
yalan sohbetdir. arasdirmacilar goplayiv