Suyu düzgün içməyin faydaları - ARAŞDIRMA
Mьəllif: admin1
Tarix: 10-02-2022, 22:23
Suyu düzgün içməyin faydaları - ARAŞDIRMA
Suyun sağlamlığa faydalarından xəbərdarsınız. Bəs suyun nə vaxt və necə içməli olduğunu heç bilirsiniz?

Deyerler.org xəbər verir ki, suyu necə və nə vaxt içməyin lazım olduğunu bilmək vacibdir. Çünki gedəcəyiniz yola görə, su bədəninizə faydalı olmaq əvəzinə zərərli də ola bilər.

Səhər yeməyindən əvvəl mütləq su içmək lazımdır

Səhər yeməyindən əvvəl bir və ya iki stəkan su içmək həzm yollarında toplanmış toksinləri təmizləyir və orqanlarınızı işə başlamaları üçün xəbərdarlıq edir. Bunu səhər yeməkdən 20 dəqiqə əvvəl edin. Günə məsələn, qəhvə içərək başlamaqdan daha sağlamdır.

Həmçinin əgər ilıq və ya isti halda, hətta yarım limonun suyunu əlavə etsəniz, bağırsaqlar hərəkətə gələr. Suyun qəbizliklə mübarizə üçün mükəmməl və sadə bir dərman olmasının altında yatan səbəb budur.

Səhərlər yuxudan oyananda şişkinlik varsa, xüsusilə tövsiyə edilir. Əgər üzünüz və ya göz, qapaqlarınız şişibsə, böyrəklərinizin işə başlamasını təmin edəcək.
Acsız, yoxsa susuz?

Aclıq hiss etdikdə, əslində susamısınız. Bunu heç bilirdiniz? Bəzən orqanizmin bizə göndərdiyi siqnalları düzgün şərh etmirik, xüsusilə çəkiyə nəzarət etməyə çalışırıqsa, bu daha da vacibdir.

Bu səbəblə çox sadə bir təklif var: Hər yemək istədikdə bir stəkan su için. Əgər bir neçə dəqiqə sonra hələ də aclıq hiss edirsinizsə, yemək yeyə bilərsiniz. Bir çox hallarda aclığınızın asanlıqla aradan getdiyinə çox təəccüblənəcəksiniz!

Daha az yemək üçün yeməkdən yarım saat əvvəl

Əgər yeməkdən yarım saat əvvəl bir stəkan su içsəniz, yemək zamanı susuzluğun qarşısını almaqla yanaşı, həddindən artıq yemək yeməyin də qarşısını alan doyma hissi yaranacaq.

Yemək yeyəndə çox su içməyin

Gün ərzində su içmək vacibdir. Yemək vaxtı su içməkdən tamamilə uzaq durmaq lazımdır. Çünki su mədə mayeləri ilə qarşılıqlı əlaqəyə girir ki, bu da həzmi pisləşdirir.

Həmçinin uşaqların aclıqlarını da azaldır.

Əgər duzlu və ya souslu bir nahar edirsinizsə, bir az su içə bilərsiniz. Hər yeməkdə salat və ya tərəvəz şorbası kimi təzə qidaları daxil etmək bu səbəblə faydalı ola bilər. Duz istehlakını azaldın və yeməyin həzmini asanlaşdıran bir bitki çayı ilə başa çatdırın və suyu yeməkdən əvvəl için.

Yatmazdan əvvəl bir stəkan

Günə su içərək başladınız və günü eyni şəkildə bir stəkan ilıq su ilə başa çatdırmalısınız. Bu bədəninizi dincəlmək üçün hazırlayır. Müalicəvi bitkilərlə hazırlanan bir çay daha yaxşı təsir göstərir. Gecə ərzində tez-tez tualetə qalxanlar, sidik qaçırma problemi olanlar və uşaqlar bu tövsiyəmizi tətbiq etməməlidir.

Bir dəfə bol miqdarda su içməyin

Gün ərzində su içməkdə məqsəd, fasilələrlə kiçik dozadır, böyük həcmlər yox. Xüsusilə isti havalarda və çöl şəraitində işləyənlər buna diqqət etməlidir.

Soyuq, isti, yoxsa ilıq?

Səhrada belə, insanlar isti çay içirlər, çünki bu tərləmələrə, bununla da yenilənmələrinə kömək edir. Bu səbəbdən niyə ilıq və ya isti su içməyin lazım olduğu aydın olur. Heç bir şəraitdə soyuq su içməyin, çünki həzm üçün lazım olan təbii temperaturu dəyişdirərək, həzm sisteminə təsir göstərir.

Nə qədər içməliyəm?

Bir litr yarım? İki litr? Siz öz bədəninizi öyrənənə qədər dəqiq bir rəqəm deyə bilmərik. Yayda ehtiyacınız olduğu miqdarla, qışdakı ehtiyacınızın miqdarı fərqlidir,
uşaqların ehtiyacı yeniyetmələrlə eyni miqdarda deyil, eyni zamanda çox tərləyən bir insanla tərləməyən insan, və vegeteryanla heyvan xassəli zülallarla qidalananların su ehtiyacı fərqlidir.

Başlanğıcda davamlı su içmək çətin gələ bilər, amma bir dəfə başlayanda orqanizmin ehtiyacı olan maye miqdarını tələb etdiyini görəcəksiniz.

Əgər su içmək sizin üçün çətindirsə

Su içmək bir çox insan üçün çətindir. Burda çox sadə bir məsələyə diqqət etmək lazımdır. Suya bir az təzə limon suyu və bir neçə damcı şəkər tozu əlavə edin. Bu sadə üsul suya, kalori və ya başqa maddələr əlavə etmədən ləzzətli limonad dadı verəcək.

Digər bir variant isə suya bir damcı sitrus bitkisi yağı (portağal, limon, qreypfrut, naringi) əlavə edilməsidir. Həmçinin bitki çayları da təbii suya yaxşı bir alternativ yaradır.

Digər bir variant suya bir damcı turunçgil yağı (portağal, limon, qreypfrut, naringi) əlavə edilə bilər. Həmçinin bitki çayları da təbii suya yaxşı bir alternativ yaradır.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031