Çox yatmağın ziyanları - Alimlərin araşdırması
Mьəllif: admin1
Tarix: 8-03-2017, 22:15
Bцlmə: Xəbərlər
Çox yatmağın ziyanları - Alimlərin araşdırması
Yuxusuzluq insanın sağlamlığına ciddi ziyan vurur, ürək-damar, sinir, mübadilə, xərçəng xəstəliklərinin riskini artırır, immun sistemini zəiflədir, piylənməyə səbəb olur. Saglamolun.az saytı Reuters-ə istinadən yazır ki, alimlərin fikrinə görə, çox yatmaq da sağlamlıq üçün ziyanlıdır.
Məqalədə Boston Universiteti alimlərinin son araşdırmalarına əsasən qeyd edilib ki, gecə 9 saatdan çox yatan insanlarda demensiyanın (ağıl zəifliyi) və Alsgeymer xəstəliyinin riski artmış olur. Bəzi araşdırmalar göstərir ki, 9 saatdan çox yatan yaşlı insanlarda demensiyanın riski 6 dəfə (!) artır. Bu əsasən ali savadı olmayan insanlara aiddir. Savadlı, əqli fəaliyyəti ilə məşğul olan insanlarda demensiyanın riski az olur.
Bundan əlavə, daim 9 saatdan çox yatan insanlarda intellektin və yaddaşın kəskin zəifləməsi, beyinin kiçilməsi kimi simptomlar müşahidə olunur. Bu, xüsusilə yaşlı insanlara aiddir. Lakin cavanlar üçün də çox yatmaq faydalı sayılmır.
Alimlərin fikrinə görə, normal gecə yuxusu 6-8 saat olmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 7,7 mln. insan demensiya xəstəliyinə tutulur.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031