Ayətullah Məkarim Şirazidən tərbiyəli bir nəslin formalaşması üçün mühüm tövsiyələr
Mьəllif: admin1
Tarix: 7-03-2017, 21:43
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazidən tərbiyəli bir nəslin formalaşması üçün mühüm tövsiyələr
Əhli-Beytin (ə) böyük mərceyi-təqlid alimlərindən Ayətullah Nasir Məkarim Şirazi martın 6-da Qumun Hacər məktəbinin şagirdlərilə görüşündə, uğurlu təhsilin reallaşması üçün zəruri olan məqamlardan danışıb.
Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Ayətullah Məkarim Şirazi sağlam, gümrah və əxlaqi dəyərlərlə yaşayan bir cəmiyyətin formalaşması üçün övladların yaxşı hazırlanmasına diqqət edilməli olduğunu bildirib: "Onlara əxlaqi dəyərləri əməllərimizlə öyrətməliyik. İnsan təhsil prosesini üç məktəbdə həyata keçirir: ailə, məktəb və cəmiyyət. Bu üçü insanı tərbiyə edir, ona forma verir, xarakterini formalaşdırır. Ona görə bu üç məktəbdən hər biri öz vəzifəsini düzgün yerinə yetirsə, insan İslamın nəzərdə tutduğu şəkildə tərbiyə edilmiş və yetişmiş olacaq. Valideynin uşaqlara qarşı və uşaqların valideynə qarşı məsuliyyətləri var. Əgər bu məsuliyyətlər düzgün şəkildə yerinə yetirilsə, insanın şəxsiyyəti ciddi səviyyədə inkişaf etmiş olacaq.
Nəticədə bu üç məktəbin üçünü də yaradan insandır. Ona görə də, bu üç təhsil sahəsindəki vəzifəsini layiqincə icra edəcək insan İslamın istədiyi formada tərbiyə etmiş olur".
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930