Ali dini lider Ayətullahul-üzma Seyyid Əli Xameneidən yeni nəslə 14 tövsiyyə
Mьəllif: admin1
Tarix: 16-01-2017, 14:28
Bцlmə: Xəbərlər
Ali dini lider Ayətullahul-üzma Seyyid Əli Xameneidən yeni nəslə 14 tövsiyyə
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei yeni nəsilə 14 tövsiyyə verib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin tövsiyyələri aşağıdakı kimidir.

"1. Uca Allahın bizə vermiş olduğu bir sıra vəzifələr var. Əgər bunları yerinə yetirsəniz, həyatınız boyu xoşbəxt olarsınız.

2. Namazlarınızı vaxtında, diqqətlə və xuşu halında (itaətli) qılın.

3. Allah ilə aranızda olan əlaqələrinizi möhkəmləndirin.

4. Öz mənəvi hisslərinizi Allaha yönələrək, namaz qılıb, dua edərək, Əhli Beytə (ə) təvəssül edib, şəhidləri yad edərək təmin edin.

5. Hər gün mənasını anlamağa çalışaraq və diqqət edərək, Quran oxuyun.

6. Ana və atanıza olan hörmətinizi saxlayın və onların əməklərini və sevgilərini qarşılıqsız qoymayın.

7. İdman etmәklә və düzgün qidalanmaqla sağlamlığınızı təmin edin.

8. Həyatda cəsarətli olun və inamla hərəkət edin.

9. Dərslərinizə ciddi yanaşın.

10. Yol göstərən kitablar sayəsində sağlam düşünməyi həyatınızın prinsipi sayın.

11. Şəhidləri və vətənə xidmət göstərmiş insanlara həsr olunmuş kitablar oxuyun.

12. Özünüzü və ətrafınızı düşmənlərin nüfuzu qarşısında qorunan vəziyyətə gətirin.

13. Ev və məktəb şəraitində sağlam və təsirli olun.

14. Özünüzü gələcəkdə ölkəyә rəhbərlik etmәyә hazırlayın.

Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930