“Vəhhabilərdən” Kəbə evinə növbəti hörmətsizlik + Foto
Mьəllif: admin1
Tarix: 1-06-2014, 01:12
Bцlmə: Xəbərlər
“Vəhhabilərdən” Kəbə evinə növbəti hörmətsizlik + Foto

İctimai fəallar olayla bağlı Səud rejiminin Məhkməsinə şikayət ediblər. Lakin maraqlı burasıdır ki, vəhhabi əqidəli Səud rejiminin rəsmiləri yayımlanan fotonun düzəltmə olmadığını bildirsələrdə amma sözü gedən polisin ayağndakının ayaqqabı olmadığın bildirərək naylon corabdır deyə bu işdə heç bir qəbahət olmadığını bildiriblər (!).
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün sosial şəbəkələrdə fəaliyyət göstərən ictimai qruplar Müsəlmanların qibləsi sayılan Kəbə Evinin yeni görüntüsünü yayımlayıblar ki, şəkildə “vəhhabi” sektasının polisi ayağını Kəbə Evinin divarına qoyaraq bu evin hörmətini saxlamayıb.

Şəkilin sosial şəbəkələrdə yayılması böyük əks səda doğurub. Hətta Müsəlman olmayan şəxslər belə “vəhhabi” sektasının polisinin bu qanacaqsız hərəkətinə etiraz etdiklərini bildiriblər.

İctimai fəallar olayla bağlı Səud rejiminin Məhkməsinə şikayət edərək qeyd olunan polis barədə tez bir zamanda lazımı addım atılmasını tələb ediblər.

İctimai fəallar həmçinin Səud rejimindən tələb ediblər ki, İslamın Müqəddəs Məkanlarının hörmətinin qorunub saxlanmasına səy göstərsinlər.

Lakin maraqlı burasıdır ki, vəhhabi əqidəli Səud rejiminin rəsmiləri yayımlanan fotonun düzəltmə olmadığını bildirsələrdə amma sözü gedən polisin ayağndakının ayaqqabı olmadığın bildirərək naylon corabdır deyə bu işdə heç bir qəbahət olmadığını bildiriblər (!).

Bununla kifayətlənməyən ölkə rəsmiləri vəhhabi polisinin hərəkətini müdafiə edərək onun polis olduğu müddətdə vəzifəsini düzgün yerinə yetirdiyini bildirmişlər.

abna.ir
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930