“İslam İnqilabı İmam Zamanın (ə.f) zühuruna zəmin yaradır”
Mьəllif: admin1
Tarix: 28-12-2016, 10:09
Bцlmə: Xəbərlər
“İslam İnqilabı İmam Zamanın (ə.f) zühuruna zəmin yaradır”
İslaminSesi.info ABNA-a istinadla xəbər verir ki, bunu Ayətullah Nuri Həmədani ötən gün çıxışında deyib.

Məhdəviyyət Mərkəzi adlı araşdırma müəssisəsinin üzvləri qarşısında çıxış edən Ayətullah Nuri Həmədani onların işinin çox əhəmiyyətli və taleyyüklü olduğunu deyib.

İslam İnqilabının qələbə çalması və onun ayaq üstə qalmasını zühurun intizarı kimi qiymətləndirən müctəhid əlavə edib ki, “dünyanın məhrumları və məzlumları bir tərəfdə birləşməkdədirlər digər tərəfdə isə hegemonlar, İslam və Əhli-Beyt düşmənləri cərgə qurublar, bu iki proses İmam Mehdinin zühuruna qədər davam edəcək. Bu inqilab intizar kimidir. Zühura aid olan məziyyətlər bu inqilabda görünürlər”

Ayətullah Nuri Həmədani Məhdəviyyət ideologiyasının daha dərindən öyrənilməsi və onun tərvic edilməsi üçün daha çox addımların atılmasını istəyib.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031